Çəkərsən zəhmətini, görərsən bəhrəsini.

bax Bilik qazanmağın asan yolu yoxdur. / Bilik səy və zəhmət tələb edir.
çək-çevirə salmaq
çəkilmək
OBASTAN VİKİ
Gələrsən-Görərsən qalası
Gələrsən-Görərsən qalası — Şəki rayonunda qədim qala. "Gələrsən-Görərsən" qalası Kiş kəndinin şimal-şərqində, Kiş çayının qollarından biri olan Damarçın çayının sol sahilində, Qaratəpə dağının üzərində yerləşir. Qaratəpə dağının arxasında isə yüksək dağlar sıralanır. Qalanın belə bir yerdə salınmasının əsas məqsədi odur ki, qalaya öndən, arxadan və çay tərəfdən qaya sıldırım olduğuna görə hücum etmək mümkün deyil. Qala ilə Kiş kəndi arasındakı ərazi Qala düzü də adlanır. Lev Tolstoyun "Şeyx Şamil" və"Hacı Murad" povestinin qəhrəmanlarının başına gələn hadisələr bu qalada cərəyan edir. Mənbələr göstərir ki, Şəki xanı Dərviş Məhəmməd xan 1551-ci ildə qalada müdafiə olunmuş və Kiş qalası alındığı zaman qaçmağa cəhd etmiş və şahın adamları tərəfindən qətlə yetirilmişdir. Yenə həmin mənbələr 1743-cü ildə Nadir şahın Şəkiyə hücumu ilə əlaqədar qalanın adını çəkir. 1743-cü ildə Hacı Çələbi xan Şəkini müstəqil xanlığa çevirdi. Yenidən Şəki şah ordusu ilə qarşılaşmalı oldu.
Yeyərsən qaz ətini, görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə. Haqverdiyev öz əsərlərində əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892–1905) "Yeyərsən qaz ətini, görəsən ləzzətini" (1892), "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900) pyeslərini yazmış və istedadlı bir dramaturq kimi tanınmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesinin mövzusu tacir həyatından alınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. HacıMehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – onun qardaşı, 45 yaşında Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Heydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qoca arvad, elçi, 50 yaşında Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Yeyərsən qaz ətini görərsən ləzzətini
Yeyərsən qaz ətini, görərsən ləzzətini — səhnə əsəri, 1892-ci ildə Peterburqda qələmə alınmışdır. Əsərin ilk çap olunma tarixi haqqında dəqiq bir məlumat yoxdur. Azərbaycanın tarixinin mühüm bir dövrünü Ə. Haqverdiyev öz əsərlərində əks etdirmişdir. Onun ədəbi yaradıcılığının inkişaf yolu xalq həyatı ilə, cəmiyyətin keçdiyi ziddiyyətli yollarla bağlı olmuşdur. Ədib yaradıcılığının birinci dövründə (1892–1905) "Yeyərsən qaz ətini, görəsən ləzzətini" (1892), "Dağılan tifaq" (1896), "Bəxtsiz cavan" (1900) pyeslərini yazmış və istedadlı bir dramaturq kimi tanınmışdır. == Məzmunu == "Yeyərsən qaz ətini, görərsən ləzzətini" pyesinin mövzusu tacir həyatından alınmışdır. Komediya ailədə fəlakətə səbəb olan qadınların şərəf və hüququnu ayaqlayan çoxarvadlılıq məsələsinin tənqidinə həsr edilmişdir. Pyes gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir. == Obrazlar == HacıMehdi – Osmanlı davasında bir qədər qazanıb, 50 yaşında Ələsgər – onun qardaşı, 45 yaşında Sənəm – Hacı Mehdinin əvvəlinci arvadı, 30 yaşında Güllü – Hacı Mehdinin ikinci arvadı, 25 yaşında Nəbi – qəssab, Güllünün atası, 50 yaşında Mirzə Heydər – cadugər, 40 yaşında Məşədiİman – sövdəgər, 40 yaşında Gülpəri – qoca arvad, elçi, 50 yaşında Qiyas – Hacı Mehdinin ev nökəri, 18 yaşında == İstinadlar == == Xarici keçidlər == Seçilmiş əsərləri [Mətn] : 2 cilddə /Ə. Haqverdiyev. "Yeyərsən qaz ətini, görərsən ləzzətini".
Yeyərsən qaz ətini, görərsən ləzzətini (pyes)